Bank
04.06.2024 / 13:51
Azərbaycanda daşınar əmlakın yüklülüyü üzrə ən çox istifadə olunan kateqoriyalar bilinib
49433
Azərbaycanda daşınar əmlakın yüklülüyü üzrə ən çox istifadə olunan kateqoriyalar məlum olub.
Valyuta.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankın məlumatına görə 2023-cü ildə Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri (DƏYDR) üzrə ən çox istifadə edilən kateqoriyalar bank hesabları, zinət əşyaları, dövriyyədə olan mallar, mebel, heyvanlar, istehlak malları və avadanlıqlar olub.
Məlumata görə, DƏYDR-in əhatə dairəsi 2022-ci illə müqayisədə 91%, 2021-ci illə müqayisədə 200% genişlənib.
Qeyd edək ki, DƏYDR kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə vəsaitlərinə əlçatanlığını yaxşılaşdırmaq və onların daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarını artırmaq məqsədilə yaradılıb.
©APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay