Şirkətlər 500 milyon manatdan çox vəsaitlərini "Yelo Bank" dan geri çəkiblər
2024-cü ilin birinci rübündə" Yelo Bank" ASC-nin depozitlərinin həcmi 837 milyon 248 min manat olub.
Valyuta.az bu barədə "Yelo Bank"ın maliyyə hesabatına istinadən xəbər verir.
Belə ki, bu, 2023-cü ilin sonu ilə müqayisədə 454 milyon 775 min manat, yaxud da 35,2 % azdır.
2023-cü ilin sonunda "Yelo Bank"ın depozitlərinin həcmi 1 milyard 292 milyon 23 min manat olub.
2024-cü iln yanvar-mart aylarında "Yelo Bank"da fiziki şəxslərin depozitlərinin həcmi 623 milyon 485 min manat təşkil edib, bu, 2023-cü ilin sonu ilə müqayisədə 10 % çoxdur.
Bu ilin yanvar-mart aylarında "Yelo Bank"da hüquqi şəxslərin depozitlərinin həcmi 213 milyon 762 min manat təşkil edib. Bu, 2023-cü ilin sonu ilə müqayisədə 506 milyon 833 min manat yaxud da 70,3% azdır.
Hüquqi şəxslərin depozitlərinin həcmi 2023-cü ilin sonunda 720 milyon 595 min manat olub.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay