BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
49016

Xəbər verdiyimiz kimi, Qırmızı Ürəklər Fondunun “Tarix Yazan Qəhrəmanlarımız” layihəsi çərçivəsində şəhid və qazi ailələrinin fərdi yaşayış evləri ilə təmin edilməsi layihəsi həyata keçirilir. Layihənin davamı olaraq ötən gün Zaqatala rayonundan olan qazi ailəsi üçün tikilən fərdi yaşayış evi sahiblərinə təqdim edilib. 3 otaqdan ibarət tam təmirli fərdi yaşayış evində ailənin rahat yaşaması üçün hər cür şərait yaradılıb.

Evin açarlarının təqdim edilməsi mərasimində Qırmızı Ürəklər Fondunun nümayəndəsi Yusif Poladov da iştirak edib. O, çıxışı zamanı fondun bu istiqamətdə gördüyü işlərdən danışıb. “Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlıq imkanlarını itirən vətəndaşların və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Biz də Qırmızı Ürəklər Fondu olaraq dövlətin sosial sahədə həyata keçirdiyi bu uğurlu siyasətə hər zaman öz resurslarımız çərçivəsində dəstək olmağa çalışırıq. Fonda donorlar tərəfindən edilən ianələr fəaliyyət istiqamətlərinə uyğun formada layihələrin həyata keçirilməsinə yönəldilir ki, bunlardan biri də məhz şəhid və qazi ailələrinin fərdi yaşayış evləri ilə təmin edilməsidir”.

Qeyd edək ki, “Tarix Yazan Qəhrəmanlarımız” layihəsi çərçivəsində donorlar tərəfindən fonda edilən ianələr hesabına 2024-cü ildə 4 fərdi yaşayış evi tikilərək şəhid və qazi ailələrinə təhvil verilib. İl sonuna qədər daha 7 evin təhvil verilməsi planlaşdırılır. Xatırladaq ki, 2023-cü il ərzində fond tərəfindən Kürdəmir, Masallı, Qusar, Salyan, Zaqatala rayonundan olan 9 şəhid ailəsi fərdi yaşayış evi ilə təmin edilib.

Qeyd edək ki, “Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün //redhearts.az saytına daxil olmaq kifayətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Parlamentin komitə sədri: Gələn il minimum pensiyanın artırılması planlaşdırılır

Komitə sədri: "Valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir"

"Bakıda söküntü işlərinin aparılması sifarişçilərdən və iş adamlarından asılıdır"

Milli Məclisin plenar iclası başladı - Gələn ilin büdcəsi müzakirə olunacaq

“Ali & Nino”nun direktoru dəyişib

DİN biri 41 min manata 20 ədəd avtomobil alır

Azərbaycan və İtaliya şirkətləri arasında görüşlər keçirilib

Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı

Azad edilmiş ərazilərin rezidentləri 9 ayda 3,7 milyon manat vergi verib

Bu ölkələrdən Azərbaycana ət məhsullarının gətirilməsi QADAĞAN OLUNUB

Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək - 182 min manat ayrıldı

Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək - 182 min manat ayrıldı

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz®

Əli Əsədov Qərar imzaladı

Azərbaycanın MDB məkanında daha çox ticarət apardığı ölkələr - SİYAHI

Dağlıq rayonlarda 2 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA

Bu gündən COP29 zolaqları qüvvədən düşüb

Növbəti 10 ildə ən çox hansı bacarıqlar tələb olunacaq?

Asiya İnkişaf Bankı 2030-cu ilə kimi iqlim maliyyələşməsinə 100 mlrd. dollar ayıracaq

Azərbaycana avtomobil idxalı azalıb - Səbəb nədir?

ABŞ-də icma quran 100 qadından biri - "Sara Ferguson dedi ki, səninlə fəxr edirəm" - MÜSAHİBƏ

ABŞ-də icma quran 100 qadından biri - "Sara Ferguson dedi ki, səninlə fəxr edirəm" - MÜSAHİBƏ

Azərbaycanda 2 min manatdan çox əmək haqqı alanlar bu sahələrdə işləyir

Avtobusdan istifadə edənlərin nəzərinə- Bu gündən...

Messi velosiped biznesinə başlayır

Ölkəmiz oktyabrda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

AMB ilk dəfə işğaldan azad edilmiş ərazilərdə poçt şöbəsinə bank lisenziyası verib

Agentlik yeni il tədbiri üçün 60 min manat ayırdı

Avro bahalaşdı - Məzənnə

Müştəriləri itirmədən qiymət artımının 10 qaydası - SƏHƏR OXUSU

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin