Bu il manatın məzənnəsi digər valyutalar qarşısında necə dəyişib? – Siyahı
Bu ilin ilk 4 ayı ərzində Azərbaycanın əsas ticarət tərafdaşı olan ölkələrin əksəriyyətinə məxsus valyutalar manat qarşısında dəyərdən düşüb.
Valyuta.az xəbər verir ki, manat ən çox Türkiyə lirəsi qarşısında bahalanıb.
Son 4 ayda lirə manat qarşısında 10,1% dəyərdən düşüb. Yanvar ayının əvvəlində 1 lirə 5,8 qəpik olduğu halda, may ayının əvvəlində 5,2 qəpiyə düşüb.
Manat bu il ərzində yalnız Gürcüstan larisi, Qazaxıstan tengəsi və Belarus rublu qarşısında dəyərdən düşüb. ABŞ dolları və İran rialı qarşısında isə manatın məzənnəsi dəyişməyib.
Aşağıda manatın məzənnəsinin bu ilin ilk 4 ayı ərzində əsas ticarət tərəfdaşımız olan ölkələrin milli valyutaları qarşısında necə dəyişdiyi qeyd olunub.
ABŞ dolları – dəyişməz qalıb
Avro – 1,6% ucuzlaşıb
İngilis funt-sterlinqi – 1% ucuzalaşıb
Türkiyə lirtəsi – 10,1% ucuzlaşıb
Rusiya rublu – 2,2% ucuzalaşıb
Ukrayna qrivnası – 5,6% ucuzlaşıb
Gürcüstan larisi – 0,3% bahalanıb
İran rialı – dəyişməyib
Qazaxıstan tengəsi – 2,7% bahalanıb
Yaponiya yeni – 6,3% ucuzlaşıb
İsrail şekeli – 2,1% ucuzlaşıb
Çin yuanı – 1,4% ucuzlaşıb
Belarus rublu – 0,7% bahalanıb
Koreya vonu – 4,7% ucuzlaşıb
İsveçrə frankı – 4,8% ucuzlaşıb
Məlumat üçün bildirək ki, qeyd olunan ölkələrin milli valyutalarının manat qarşısında ucuzlaşması və manatın dollar qarşısında sabit qalması bu ölkələrdən idxal olunan məhsulları ucuzlaşdıra bilər.
© Yeniavaz.com
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay