Bank
27.05.2024 / 12:06
“Premium Bank” 3 ayda nə qədər kredit verib?
48877
“Premium Bank” ASC bu ilin I rübündə 478 milyon 233 min manat kredit verib.
Valyuta.az bu barədə bankın maliyyə hesabatına əsasən xəbər verir ki, bu, 2023-cü ilin sonu ilə müqayisədə 1,4 %, yaxud da 6 milyon 367 min manat çoxdur.
“Premium Bank” ASC bu ilin yanvar-mart aylarında 32 milyon 284 min manat istehlak krediti verib ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 67,8 %, yaxud da 13 milyon 36 min manat çoxdur.
Hesabat dövründə bankın biznes kreditlərinin həcmi 378 milyon 402 min manat təşkil edib. Bu, 2023-cü ilin sonu ilə müqayisədə 7 milyon 236 min manat, yaxud da 1,9 % azdır.
“Premium Bank”ın aktivləri 675,434 milyon manat olub ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 3,6%, yaxud da 9 milyon 682 min manat azdır.
Nara
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay