"Unibank" depozitlər üzrə bu gəlir faizlərini ləğv edib
“Unibank” müddəti uzadılan əmanətlər üzrə əlavə faizləri ləğv edib.
Valyuta.az bu barədə Banka istinadən xəbər verir. Məlumata görə, “Unibank” AZN valyutasında müddəti bitən kimi avtomatik artırılan 12, 18 və 24 ay müddətinə aktiv olan "Müddətli" əmanətlərə standart faizlərdən əlavə 0,5% gəlir hesablayırdı. Bank artıq bu əlavə gəliri ləğv edib. Sözügedən əmanətlərə sadəcə standart faiz gəliri hesablayır. Bank ortalı əmanət yerləşdirmək olar.
Qeyd edək ki, dollar əmanətləri üzrə isə hər hansı bir dəyişiklik edilməyib. Bank bir il və daha artıq müddətə olan sığortalı əmanətlər üzrə 2,5% gəlir təklif edir.
Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - "Mbank" və "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 149,4 milyon manatdır.
Leyli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay