Bank
23.05.2024 / 17:03
Əmanətlərin Sığortalanması Fonduna yeni təyinat olub
48710
Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) yeni təyinat olub.
Bu barədə Valyuta.az quruma istinadən xəbər verir. Məlumata görə, Vüqar Aslanzadə bu ilin may ayından etibarən Fondun maliyyə departamentinin direktoru təyin edilib. O, bu vəzifədə Elnur Rzayevi əvəzləyib.
Qeyd edək ki, bundan əvvəl, Fondun kreditlərin idarə edilməsi departamentinə yeni direktor təyin edilmişdi.
Xatırladaq ki, ƏSF 2006-cı ildə yaradılıb, 2007-ci ilin 12 avqust tarixindən isə fəaliyyətə başlayıb. Əsas məqsəd banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq və Azərbaycanda maliyyə sisteminin sabitliyini təmin etməkdir.
Leyli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay