ABB-nin maliyyə institutlarındakı depozitlərinin həcmi 48 milyon manatdan çox azalıb
“Azərbaycan Beynəlxalq Bank”ın (ABB) 2024-cü ilin yanvar-mart aylarında nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərin həcmi 3 milyard 582 milyon 251 min manat olub.
Valyuta.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin sonu ilə müqayisədə 12,%, yaxud da 488 milyon 618 min manat azdır.
Bununla yanaşı, ABB-nin banklar və digər maliyyə institutlarındakı depozitlərlərin həcmi 1 milyard 796 milyon 917 min manat təşkil edib. Bu, 2023-cü ilin sonu ilə müqayisədə 2,6 %, yaxud da 48 milyon 871 min manat azdır.
Banklar və digər maliyyə institutlarına verilən kreditlərin həcmi 2024-cü ilin birinci rübündə 20 milyon 201 min manat təşkil edib, bu da 2023-cü ilin sonu ilə müqayisədə 14 %, yaxud da 3 milyon 283 min manat azdır.
“Azərbaycan Beynəlxalq Bankı”nın cəmi aktivlərinin həcmi 3.5 faiz azalaraq 13,19 mlrd. manata düşüb.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay