Azərbaycanın bank sektorunun aktivləri 3.6 mlrd. manat artıb
2024-cü il mayın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 49 221.6 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankın hesabatına görə, bu, 2023-cü il may ayının 1-i ilə müqayisədə 8% və ya 3 milyard 618 milyon manat çoxdur.
Bankların aktivlərinin 24 milyard 644 milyon manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 21% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 44.7%-dən 50%-ə yüksəlib.
Hesabat dövründə, bank sektorunun öhdəlikləri 7.9% artaraq 42 milyard 897.7 milyon manata, o cümlədən depozit portfeli 9.3% artaraq 35 milyard 361.1 milyon manata çatıb. Bunun 13 milyard 210 milyon manatı fiziki, 22 milyard 150.7 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 10.5%, şirkətlərin banklardakı vəsaitləri isə 8.5% artıb.
Bank sektorunun balans kapitalı isə 8.8% artaraq 6 milyard 323.9 milyon manat təşkil edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay