Mərkəzi Bankın yoxlaması ilə "PSG Finans"ın rəhbər şəxsi 10 min cərimələnib
"PSG Finans" Bank Olmayan Kredit Təşkilatı (BOKT) MMC-nin vəzifəli şəxsi cərimələnib.
Valyuta.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. Məlumata görə, AMB tərəfindən aparılmış kompleks yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələbinin pozulduğu məlum olub. İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddəsinə müvafiq olaraq "PSG Finans"ın vəzifəli şəxsi Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən 10 min manat məbləğində cərimə edilib.
Xatırladaq ki, “PSG Finans” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır. BOKT-un təsisçiləri 75%-lik payla “Practical Solutions Middle East FZ” şirkəti, 12.5%-lik payla Faiq Məmmədov və “Chaparxana KFT” şirkətidir.
Leyli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay