\"Yapı Kredi Bank\"ın kredit portfelinin tərkibi I rübdə necə dəyişib?
“Yapı Kredi Bank Azərbaycan” QSC 2024-cü ilin birinci rübündə müştərilərə 298 milyon 461 min manat kredit verib.
Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin sonu ilə müqayisədə 3 % çoxdur.
Bununla yanaşı, “Yapı Kredi Bank Azərbaycan” yanvar-mart aylarında 70,850 milyon manat istehlak kreditləri verib. Bu, 2023-cü ilin sonu müqayisədə 4,1 % çoxdur.
Hesabat dövründə bank 187 milyon 221 min manat biznes kreditləri verib ki, bu, 2023-cü ilin sonu ilə müqayisədə 1 milyon 661 min manat, yaxud da 0,9 % azdır.
2023-cü ilin sonunda bu göstərici 188 milyon 882 min manat olub.
“Yapı Kredi Bank Azərbaycan”nın daşınmaz əmlak kreditlərinin həcmi 40 milyon 389 min manat olub. Bu, 2023-cü ilin sonu ilə müqayisədə 15,8 % çoxdur.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay