Bank
15.05.2024 / 10:13
Azərbaycanda birinci rübdə internet bankçılıq üzrə əməliyyatların həcmi 59 milyard manatı ötüb
48131
Müasir dövrdə maliyyə xidmətlərində texnologiyaların tətbiqinə maraq artmaqdadır. Mərkəzi Bank ölkəmizdə maliyyə inklüzivliyinin genişlənməsinə xidmət edir.
Valyuta.az xəbər verir ki, bu sözləri Mərkəzi Bankın sədrinin birinci müavini Rəşad Orucov Bakıda keçirilən "Fintex Sammit 2024" tədbirində deyib.
O bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin birinci rübündə internet bankçılıq üzrə əməliyyatların həcmi 18 faiz artaraq 59 milyard manatı ötüb, mobil bankçılıq üzrə əməliyyatların həcmi isə 2 dəfə artaraq 15 milyard manat təşkil edib.
"Hesabat dövründə cari hesablarda aparılan müştəri köçürmələrinin say üzrə 93 faizi, həcm üzrə 75 faizi elektron bankçılıq vasitəsilə həyata keçirilib", - deyə R.Orucov qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay