“Yapı Kredi Bank Azərbaycan"nın qiymətli kağızlara yatırımları kəskin azalıb
“Yapı Kredi Bank Azərbaycan" bu ilin yanvar-mart aylarını 2 milyon 472 min manat xalis mənfəətlə başa vurub.
Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,3 % çoxdur.
“Yapı Kredi Bank Azərbaycan"nın faiz gəlirləri 10 milyon 671 min manat təşkil edib ki, bu da 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 28,2 % çoxdur. Bankın qeyri-faiz gəlirlərinin dəyəri 5,463 milyon manat olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 27,8 % çoxdur. Ümumiyyətlə, yanvar-mart aylarında “Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri 16,135 milyon manat təşkil edib, bu isə illik müqayisədə 28 % çoxdur. Bankın hesabat dövründə xərcləri 12,124 milyon manat təşkil edib, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 30,4 % çoxdur.
Bu il aprelin 1-nə “Yapı Kredi Bank Azərbaycan”ın aktivləri 544,335 milyon manat olub ki, bu isə 2023-cü ilin sonu ilə müqayisədə 5,7 % çoxdur. Belə ki, bankın 2024-cü ilin birinci rübündə ticarət və investisiya qiymətli kağızlara yatırımlarının dəyəri 52 milyon 246 min manat olub ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 32 milyon 181 min manat, yaxud da 38,1 % azdır.
“Yapı Kredi Bank Azərbaycan”nın öhdəliklərinin dəyəri 2023-cü ilin sonu ilə müqayisədə 6,6 % artaraq 444,177 milyon manata, balans kapitalı isə 2,2 % artaraq 100,158 milyon manata çatıb.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay