Bank
01.05.2024 / 14:21
Taleh Kazımov "Naxçıvan Bank"la bağlı məsələyə aydınlıq gətirib
47292
“Naxçıvan Bank”ın hər hansı maliyyə problemi yoxdur.
Valyuta.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.
"Balansı çox keyfiyyətlidir, maliyyə dayanıqlılığı ilə bağlı hər hansı problem yoxdur. Bankın kredit portfelinin bir hissəsi “Kapital Bank”a satılıb. Bankın fəaliyyəti ilə bağlı səhmdarlar tərəfindən qərar veriləcək. Bankın fəaliyyətini necə davam etdirəcəyi və ya BOKT-a çevriləcəyi səhmdarların qərarından asılı olacaq. Amma bunun ümumi maliyyə sabitliyinə hər hansı təsiri yoxdur. Bankın əmanətçilərinin sayı digər banklara nisbətən çox aşağıdır", - deyə AMB sədri əlavə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay