Bank
30.04.2024 / 12:35
Azərbaycanda dörd ayda valyuta hərraclarında 2.4 mlrd. dollar satılıb
47198
2024-cü ilin yanvar-aprel aylarında Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən 30 valyuta hərracında 2 milyard 409,4 milyon ABŞ dolları satılıb.
Valyuta.az xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.3 dəfə çoxdur. Belə ki, ötən ilin yanvar-aprel aylarında keçirilən valyuta hərraclarında banklara 1 milyard 56 milyon ABŞ dolları satılıb.
Cari ilin aprel ayında keçirilən 8 valyuta hərracında isə valyuta satışının məbləği 623.4 milyon dollar təşkil edib.
© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay