BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
46898

Vaxt müasir dövrün ən böyük resursudur, xüsusən də sahibkarlar üçün. Bunu nəzərə alan Kapital Bank mikro, kiçik və orta sahibkarlar, eləcə də korporativ müştərilər üçün Birbank Biznes-i istifadəyə verdi. Bu, ölkəmizdə sahibkarlara yönələn, onların biznes fəaliyyətinə dəstək olan, sənədləşdirmə proseslərini asanlaşdıran addımlardan biri idi. Birbank Biznes-in keçdiyi inkişaf yolu, sahibkarların həyatında etdiyi dəyişikliklər haqqında Kapital Bank-ın KOS və korporativ məhsullar sahəsinin lideri Xanım Rüstəmova ilə danışdıq. 

Xanım xanım, Birbank Biznes-in yaranmasını hansı məqamlar zəruri etdi və o, müştərilərinin həyatını necə dəyişdi?  

- Bizim fəaliyyətimizin mərkəzində müştəri məmnuniyyəti dayanır. Biz mütəmadi olaraq müştəri davranışlarını analiz edir və onların ehtiyaclarına uyğun məhsullar təqdim etməyə çalışırıq. Birbank Biznes-in məqsədi müştərilərin ehtiyaclarına uyğunlaşdırılmış rahat, səmərəli, sürətli və təhlükəsiz bank xidmətləri təklif etməkdir. Bu kontekstdə biz rəqəmsal texnologiyalardan istifadə etməklə maliyyə əməliyyatlarını optimallaşdırır, onların maliyyə idarəetməsinə dəstək olacaq alətlər təklif edirik. Birbank Biznes-də bütün onlayn kanallar vasitəsilə müştərilərimiz istənilən vaxt və istənilən yerdə bank xidmətlərinə çıxış əldə edə bilirlər. Məsələn, hesabların idarə edilməsi, köçürmələr, ödənişlər və kredit müraciətləri kimi bank əməliyyatlarını sadələşdirərək biz bu sahədə olan müştərilərimizə vaxt və resurslara qənaət etmək imkanı veririk. Bütün bunlar da öz növbəsində maliyyə proseslərini daha effektiv idarə etmək imkanı yaradır. Bu strategiya ilə Kapital Bank KOS və korporativ şirkətlər üçün etibarlı və təhlükəsiz maliyyə tərəfdaşına çevrilir və onların uğurlarına dəstək olur.  

KOS müştərilər bankın müştəri portfelinin neçə faizini əhatə edir?  

- Kapital Bank-ın müştəri portfelinin önəmli hissəsini pərakəndə və korporativ müştərilər təşkil edir. Qürurla deyə bilərəm ki, Azərbaycanın ən böyük pərakəndə bankı olaraq 5 milyondan çox müştərimiz var. Bu onu göstərir ki, biz ölkənin ən böyük müştəri bazasına malik bankıyıq. Korporativ bank olaraq 211 000 müştəri bazamızın 95%-i mikro və kiçik biznes müştəriləridir. Bu onu göstərir ki, bankımız təkcə böyük korporativ müştərilərə deyil, sahibkarlara da xidmət edir və iqtisadi inkişafa öz töhfəsini verir.

Birbank Biznes KOS müştərilərinə hansı üstünlükləri qazandırıb? 

- Birbank Biznes KOS müştərilərinin maliyyə əməliyyatlarını asanlaşdırmaq üçün bank xidmətlərini bir sıra üsullarla optimallaşdırır. Əgər sadalasam mütləq rahatlıqdan başlamalıyam. Onlayn bankçılıq KOS-lara istənilən vaxt və hər yerdə öz hesablarına daxil olmaq və müxtəlif maliyyə əməliyyatlarını həyata keçirmək imkanı verir. Bu rahatlıq biznes sahiblərinə ənənəvi bankçılıqdan fərqli olaraq iş saatlarından kənarda belə maliyyə əməliyyatlarını daha rahat  idarə etməyə imkan verir. Növbəti məqam əlbəttə ki, effektivlik olmalıdır. Sadələşdirilmiş onlayn bank xidmətləri hesab qalıqlarının yoxlanılması, hesablar arasında pul köçürmələri, bir çox ödənişlərin gerçəkləşdirilməsi və əmək haqqı kimi iş proseslərini asanlaşdırır. Bu işləri yerinə yetirmək üçün tələb olunan vaxt və səyləri azaltmaqla KOS-lar öz bizneslərini idarə etməyə daha çox diqqət yetirə bilir və inzibati yüklərə daha az vaxt ayırırlar. Burada xərclərə qənaəti də mütləq vurğulamaq lazımdır. Onlayn bankçılıq ənənəvi bankçılıq üsullarından fərqli olaraq daha aşağı ödənişlər və əməliyyat xərcləri tələb edir. Bu isə KOS-lara bank əməliyyatlarına qənaət etməyə və qənaət olunan vəsaiti bizneslərinin digər ehtiyaclarına yönəltmək imkanı verir. Proseslərin onlayn olması eyni zamanda yaşıl bankçılıq yolunda sahibkarları da bizə dəstək olmağa təşviq edir. Və təbii ki, ən vacib məqamlardan biri vaxta qənaətdir. Xüsusi vurğuya dəyər üstünlüklərdən biri də maliyyənin idarə edilməsində əldə olunan çeviklikdir. Bu xidmət vasitəsilə biznes sahibləri tək mərkəzi sistemlə kredit üçün müraciət edə, avtomatik ödənişlərini gerçəkləşdirə və ya birdən çox hesabı idarə etmək kimi bir çox bank xidmətlərinə çıxış imkanı əldə edirlər. Bununla da KOS-lar bank təcrübələrini xüsusi ehtiyaclarına uyğun fərdiləşdirə bilirlər.

Hansı məhsullarınızı müştəriləriniz üçün əvəzolunmaz hesab edirsiniz? 

- Düşünürəm ki, bütün fəaliyyətimizin ən vacib üstünlüyü əməliyyatların başdan-başa onlayn olmasıdır. İstər biznes sahibi olan, istərsə də gündəlik ehtiyaclarına uyğun olaraq məhsullarımızdan istifadə edən müştərilərimiz rəqəmsal bankçılığın təklif etdiyi unikal və sərfəli xidmətlərdən yararlanırlar. Məsələn, təklif etdiyimiz “Maestro” tarifi ilə müştərilərimiz öz fərdi ehtiyaclarına uyğun paket yarada bilərlər. Qısası gündəlik bankçılıq daxili ödənişlər, vergi ödənişləri, hesablararası köçürmələr, təcili köçürmələr, beynəlxalq ödənişlər, valyuta mübadiləsi və s. kimi bütün əməliyyatları özündə cəmləyir. Kredit məhsullarına gəldikdə isə Birbank Biznes-də bir çox imkanlar mövcuddur. Rəqəmsal kredit, lizinq və fond kreditləri, təcili kredit kimi xidmətlərimizi bunlara nümunə gətirmək olar. Bu məqamda müştərilərimiz ehtiyaclarına uyğun kredit məhsullarını nəzərdən keçirərək filiallarımızı ziyarət etmədən müraciət edə bilərlər. Müştərilərimiz mobil POS və ya POS terminal sifariş etmək imkanına da sahibdirlər. Xidmət keyfiyyətini artırmaq  və daha əlçatan etmək üçün çağrı mərkəzləri də ayrılıb. Belə ki, sahibkarlar 896-ya zəng etməklə daha rahat xidmət ala bilirlər. Hazırda mikro və KOS müştərilimizin 99%-i bütün əməliyyatlarını Birbank Biznes mobil tətbiqi və ya veb versiya üzərindən onlayn icra edir.

Yaxın gələcəkdə sahibkarları hansı yeniliklər gözləyir? 

- Yaxın gələcəkdə KOS-lar gündəlik bank xidmətlərini dəstəkləyən daha sürətli və zəngin xüsusiyyətlərə malik imkanlardan faydalana biləcəklər. Bununla belə biznes sahiblərinin maliyyə idarəetmə imkanlarını artıracaq bir çox yeniliklər var ki, açıq API texnologiyalarının daha da təkmilləşdirilməsi buna misal ola bilər. Kapital Bank-ın açıq API portalı bu sahədə ən qabaqcıl beynəlxalq təcrübədən istifadə olunaraq yaradılıb və bizneslərə tamamilə ödənişsiz təklif olunur. Biznes sahibləri bankın API məhsullarını öz sistemlərinə inteqrasiya etməklə vaxta qənaət edərək bir çox əməliyyatları bir mənbədən gerçəkləşdirə bilərlər. Qeyd edim ki, API fərqli sistemlər arasında qarşılıqlı əlaqəni asanlaşdıran bir texnoloji həlldir. Müştərilərimiz Birbank Biznes əməliyyatlarını öz sistemində rahatlıqla idarə edə bilərlər. Açıq bankçılıq ekosistemlərimiz haqqında onu deyə bilərəm ki, bu həlləri tətbiq etməklə tərəfdaşlarımız və üçüncü tərəflərlə, xüsusilə fintek şirkətləri ilə sürətli və effektiv əlaqə quraraq müştərilərə daha yaxşı xidmət göstərməyə çalışırıq. Bu, müştəri davranış qaydalarını izləyib təhlil etməklə müştəri xidmətlərini daha da inkişaf etdirməkdə bizə kömək olur. 

Təşəkkür edirəm, Xanım xanım. 

- Mən də təşəkkür edirəm. Ümid edirəm ki, fəaliyyətimizlə müştərilərimizin həyatını daha asanlaşdırıb sloqanımızı hər zaman doğruldacayıq. Bunun üçün əlimizdən gələni edirik. Birbank Biznes-də vaxt məhz sizə işləyir bundan əmin ola bilərsiniz. 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İcbari Tibbi Sığorta Fondunun gələnilki büdcəsi 3 milyard manat olacaq

Azərbaycanda hər ay 1 000-dən çox iş yeri bağlanır - 65% işçi ixtisar olunur

Deputat “20 Yanvar”dakı mağazaların aqibətindən danışdı

Sənədsiz evlərlə bağlı yeni açıqlama

“Samsung"un prezidenti üçün 5 illik həbs tələbi - Təfərrüatlar

Pambıq lifi satışından gəlirimiz 60 milyon dollardan çox artıb - Rəqəmlər

"Apple" 15 cihazın istehsal və satışını dayandırdı - SİYAHI

"Apple" 15 cihazın istehsal və satışını dayandırdı - SİYAHI

Azərbaycanda gələn il dövlət investisiya hesabına 169 yeni layihə maliyyələşdiriləcək

Fərdi sahibkar FHN-nin yarım milyonluq tenderinin qalibi seçilib

Nazirlərin dekabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb

Prezident Gövhər Baxşəliyeva ilə bağlı sərəncam imzaladı

​“Banklarda əmanətlərin məbləği tarixi rekord göstəricidir”

Hesablama Palatası: Büdcənin cari və əsaslı xərcləri optimallaşdırılmalıdır

Nazir: 2026-2028-ci illərdə neftin bir barelinin qiymətinin 65 dollar olacağı proqnozlaşdırılır

Azərbaycanın bank sektorunun iqlim dəyişikliyinə dair öhdəliyinin prioriteti açıqlanıb

Sabah yağış yağacaq, şimşək çaxacaq

Ölkədən gizli şəkildə 17 milyonluq metal çıxarıblar - DETALLAR

Bu ölkəyə satdığımız neftdən gəlirimiz 400 milyon dollara yaxın artıb - Rəqəmlər

Bu ölkəyə satdığımız neftdən gəlirimiz 400 milyon dollara yaxın artıb - Rəqəmlər

"Expressbank”ın mənfəəti azalıb, şirkətlər 31 milyon manatdan çox depoziti geri çəkib

Ali Məhkəmə evinin sökülməsinə görə vətəndaşa mənəvi təzminat ödənilməsinə qərar verdi

Aynur Qurbanlı nazirlikdə departament direktoru təyin edildi

"2025-ci ilin büdcəsi iqtisadi tərəqqi ilə sosial vəziyyəti tarazlaşdırır" - Spiker

Kirayə mənzil verənlərin nəzərinə: vergi ilə bağlı YENİLİK

Qarabağ və Şərqi Zəngəzura bu qədər vəsait ayrılacaq

Leysan olacaq, qar yağacaq - Xəbərdarlıq

Parlamentin komitə sədri: Gələn il minimum pensiyanın artırılması planlaşdırılır

Komitə sədri: "Valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir"

"Bakıda söküntü işlərinin aparılması sifarişçilərdən və iş adamlarından asılıdır"

Milli Məclisin plenar iclası başladı - Gələn ilin büdcəsi müzakirə olunacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin