Mərkəzi Bank “PSG-Kapital”ın vəzifəli şəxsini cərimə edib
Azərbaycan Mərkəzi Bankı (AMB) icrası məcburi göstərişi ləngidən investisiya şirkətinin vəzifəli şəxsini cərimə edib.
Valyuta.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib. Məlumata görə, “PSG-Kapital İnvestisiya Şirkəti” ASC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunub. Belə ki, AMB tərəfindən aparılmış kompleks yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin yerinə yetirilməsi istiqamətində verilmiş icrası məcburi göstəriş investisiya şirkəti tərəfindən vaxtında icra edilməyib. Mərkəzi Bank bunu nəzərə alaraq “PSG-Kapital"ın vəzifəli şəxsini İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsinə uyğun olaraq min manat məbləğində cərimə edib.
© APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay