Şirkətlər 45 milyon manatdan çox depoziti “Bank Respublika”dan geri götürüblər
2024-cü ilin I rübündə “Bank Respublika”nın xalis mənfəəti 13 milyon 512 min manat təşkil edib.
Valyuta.az bu barədə banka istinadən xəbər verir.
Bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 39% çoxdur. Hesabat dövründə “Bank Respublika”nın faiz gəlirləri 54 milyon 149 min manat olub, bu, 2023-cü illə müqayisədə 25,8% çoxdur. Bankın qeyri-faiz gəlirləri 2023-cü illə müqayisədə 6,6% azalaraq 8 milyon 586 min manat olub.
“Bank Respublika”nın faiz xərcləri isə 16,4% artaraq 19 milyon 572 min manat təşkil edib, qeyri-faiz xərcləri isə 26,3 milyon manata (illik müqayisədə 8,4% çox) bərabər olub. Bank bu dövrdə 16 milyon 886 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da illik müqayisədə 50% çoxdur.
Bankın aktivləri 1,4%, yaxud da 30 milyon 777 min manat azalaraq 2 milyard 100 milyon 199 min manat təşkil edib. Hesabat dövründə müştərilərə 1 milyard 189 milyon 154 min manat kredit verilib. Bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,2% çoxdur. Bank 259 milyon 210 min manat istehlak krediti verib. Bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,3% çoxdur. “Bank Respublika”nın bu il verdiyi biznes kreditlərinin məbləği 0,3% artaraq 804 milyon 407 min manat olub.
Bankın ümumi depozit portfeli də bu ilin ilk 3 ayında 2,3% və ya 32,7 milyon manat azalaraq 1 milyard 411.7 milyon manata enib. Fiziki şəxslərin depozitləri ilin əvvəlinə nisbətən 1,9% və ya 12 milyon 554 min manat artaraq 673,2 milyon 542 min manat, hüquqi şəxslərin depozitləri isə 5,8% və ya 45 milyon 245 min manat azalaraq 737.9 milyon manat təşkil edib.
Hesabat dövründə “Bank Respublika”nın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 1,8% və ya 2.8 milyon manat artaraq 158 milyon 561 min manat təşkil edib.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay