Bank
10.04.2024 / 20:46
Azərbaycandan Almaniyaya pul köçürmələri artıb
46055
2023-cü ilin sonuna fiziki şəxslərdən Azərbaycandan Almaniyaya pul köçürmələrinin həcmi 23,601 milyon dollar təşkil edib.
Valyuta.az Azərbaycan Mərkəzi Bankının məlumatına istinadən xəbər verir ki, bu göstərici 2022-ci ilin göstəricisi ilə müqayisədə 5,92 faiz artıb.
Köçürmələrin ümumi həcmində Almaniyaya edilən transfertlərin payı 4,3 faiz təşkil edir.
Qeyd edək ki, 2023-cü ilin sonuna fiziki şəxslərdən Azərbaycandan xarici ölkələrə pul köçürmələrinin həcmi 550,126 milyon ABŞ dolları olub.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycandan pul köçürmələrinin həcmi 664,798 milyon dollar təşkil edib.
©Trend
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay