Azərbaycanda ən aşağı faizlə əmanətləri “Yapı Kredi Bank” və ATB qəbul edir
Azərbaycanda ən aşağı faizlə əmanət qəbul edən banklar məlum olub.
Valyuta.az-ın araşdırmasına görə, Azərbaycanda 5 bank illik manat əmanətləri üzrə faizləri 7% və ondan aşağı müəyyən edib.
Ən aşağı göstərici “Yapı Kredi Bank”dadır. Bank müddətin sonuna olan ödənişlə illik əmanətləri 5,5%-lə qəbul edir.
“Azər Türk Bank” aylıq ödənişlə manat əmanətlərinə 5%, müddətin sonu üzrə isə 5,5% gəlir müəyyən edib. “Xalq Bank” və “Premium Bank” isə aylıq ödənişlə manat əmanətləri 6%, müddətin sonuna ödənişlə isə 6,5%-lə müəyyən edilib. “Azərbaycan Sənaye Bankı” isə aylıq ödəmə şərti ilə depozitləri 6,5%-lə, müddətin sonu üzrə ödənişlə depozitləri isə 7%-lə qəbul edir.
Qeyd edək ki, digər 16 bankda manat əmanətləri üzrə illik faiz dərəcəsi 7-10,5% arasında dəyişir.
Leyli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay