Bank
05.04.2024 / 10:27
“Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda” təsdiqlənib
45688
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”nı təsdiq edib.
Valyuta.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Əvəzində “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın təsdiq edilməsi barədə” 10 iyul 2012-ci il tarixli qərarı ləğv edilib.
AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay