“Yelo Bank” “card to card” köçürmələrini məhdudlaşdırır - Limit təyin edildi
“Yelo Bank” kartdan karta köçürmələrə (card to card) məhdudiyyət tətbiq etməyə başlayır.
Valyuta.az İqtisadiyyat.az-a istinadən qəbər verir ki, həm "Yelo Light", həm "Premium", həm də "Infinite" kart sahibləri ay ərzində kartdan-karta 3 min manatdan artıq pulsuz köçürmə edə bilməyəcəklər.
Eyni limit Yelo ATM-lərindən komissiyasız nağdlaşdırmaya da şamil edilir. “Card to card” limitləri aprel ayının 8-dən etibarən tətbiq ediləcək.
Qeyd edək ki, bir qədər əvvəl, yəni bu ilin mart ayında "Azər Türk Bank" da “card to card ” əməliyyatlarına məhdudiyyət tətbiq etməyə başlayıb. ATB “card to card” üzrə günlük 15 dəfə, ay ərzində isə 60 əməliyyat limiti müəyyən edib.
Xatırladaq ki, "Yelo Bank"ın əsası 1994-cü ildə qoyulub. Onun nizamnamə kapitalı 378 milyon manatdır. Bankın səhmlərinin 98,94%-i Marina Kulişovaya (Bankın Müşahidə Şurasının sədri), 0,96%-i Anar Həsənova (İdarə Heyətinin sədri), 0,10%-i isə "İSR Holdinq” MMC-yə məxsusdur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay