Bank
01.04.2024 / 09:02
Bu BOKT-un müşahidə şurasının tərkibi müzakirə ediləcək
45332
"Finex Kredit" bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının yığıncağı keçiriləcək.
Valyuta.az xəbər verir ki, yığıncağın mayın 23-də keçirilməsi nəzərdə tutulub.
Yığıncaqda 2023-cü ilin maliyyə nəticələri barədə kənar auditin hesabatı üzrə müzakirələr aparılacaq.
Eləcə də mühüm iştirak payı və müşahidə şurasının tərkibi müzakirə ediləcək.
Xatırladaq ki, “Finex Kredit” 2013-cü ildə yaradılıb. BOKT-un Müşahidə Şurasının sədri Azad Cavadovdur. O, bu vəzifəyə ötən il təyin edilib. A.Cavadov 2007-2017-ci illərdə Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru vəzifəsində çalışıb.
©İqtisadiyyat.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay