3 ayda bu bankdan 40 milyon manatdan çox əmanət çəkilib
“Naxçıvan Bank” ötən il depozit portfelinin 91 milyon manatdan çox hissəsini itirib.
Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin sonuncu rübündə bankın depozit portfeli 2022-ci ildəki 155,4 milyon manatdan 63,4 milyon manata kimi azalıb. Başqa sözlə, bankın depozit portfeli son bir ildə 59% azalıb. Ötən ilin son üç ayında isə bankdan 40 milyon manatdan çox əmanət çəkilib.
Ümumilikdə son bir ildə bankın itirdiyi əmanətlərin 86,9 milyon manatı hüququ şəxslərin, yəni əsasən şirkətlərin yerləşdirdiyi əmanətlərdir. Belə ki, hüquqi şəxslərin bankdakı əmanətləri ötən il 145 milyon manatdan 58,2 milyon manata enib.
Fiziki şəxslərin “Naxçıvan Bank”dakı əmanətlərinin həcmi isə 7,4 milyon manat azalaraq 2,9 milyon manata enib. 2022-ci ildə bu rəqəm 10,4 milyon manat təşkil etmişdi.
Qeyd edək ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 94 milyon manatdır. Bankın səhmlərinin 63,66%-i Hüseyn Məmmədova, 26,52%-i Rüfət Məmmədova (Müşahidə Şurasının üzvü), 9,82%-i isə Binnət Novruzova (Müşahidə Şurasının sədri) məxsusdur.
Leyli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay