Sabah Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Azərbaycan Mərkəzi Bankı faiz dəhlizinin parametrlərinə dair növbəti qərarını 28 mart 2024-cü il tarixində açıqlayacaq.
Valyuta.az xəbər verir ki, ölkədə illik inflyasiyanın tempi (dekabrda 12 aylıq inflyasiya 0,8% olub) Mərkəzi Bankın hədəf dəhlizinin (4±2%) alt sərhəddindən də aşağı düşdüyü üçün Mərkəzi Bankın faizlərini aşağı salmaqda davam edəcəyi gözlənilir.
"Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı barədə press-reliz 28 mart 2024-cü il tarixində saat 11:00-da yayımlanacaqdır",- Mərkəzi Bankın məlumatında bildirilir.
31 Yanvar 2024-cü iltarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8%-dən 7.75%-ə, faiz dəhlizinin aşağı həddi 6.5%-dən 6.25%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9%-dən 8.75%-ə endirilmişdir. Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf dəhlizində (4±2%) olması, inflyasiya gözləntilərinin stabilləşməsi, eləcə də valyuta bazarında vəziyyət nəzərə alınmaqla verilmişdir.
Qeyd edilmişdi ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar xarici və daxili inflyasiya amillərinin dəyişməsindən asılı olaraq veriləcəkdir. Qərarlar qəbul edilərkən ölkədə pul siyasətinin ötürücülüyünün xüsusiyyətləri, maliyyə bazarlarında, o cümlədən valyuta bazarında gedən proseslər də nəzərə alınacaqdır. Qeyd olunan risklərin reallaşmaması halında pul siyasətinin ilin qalan dövründə də mərhələlərlə yumşaldılması imkanlarına baxılacaqdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay