Azərbaycanda kredit portfelində əsaslı paya sahib olan banklar açıqlanıb
2023-cü ildə Azərbaycanda fəaliyyət göstərən bankların verdikləri xalis kreditlərinin məbləği 21 milyard 844 milyon manat olub. Bu, 2022-ci illə müqayisədə 18,4% çoxdur.
Valyuta.az bankların kredit portfelində daha böyük paya malik olan banklarla bağlı araşdırma aparıb.
2023-cü ildə Azərbaycan Beynəlxalq Bankı (ABB) 4 milyard 684 milyon 078 min manat xalis kredit verib. Bu, 2022-ci illə müqayisədə 44,6% çoxdur.
İkinci yerdə Kapital Bank qərarlaşıb, belə ki, bankın verdiyi xalis kreditlərin məbləği 3 milyard 811 milyon 709 min manat olub, bu, illik müqayisədə 36,6 % çoxdur.
Üçüncü yerdə isə 2 milyard 744 milyon 920 min manatla Paşa Bank olub. Bankın verdiyi xalis kreditlərin dəyəri 2022-ci illə müqayisədə 2,7% çoxdur.
Dördüncü yerdə 1 milyard 781 milyon 289 min manatla Xalq Bank qərarlaşıb. Bankın verdiyi xalis kreditlərin dəyəri 2022-ci illə müqayisədə 4,2% çoxdur.
Bank Respublikanın 2023-cü ildə verdiyi xalis kreditlərin mbləği 2022-ci illə müqayisədə 22,1% artaraq 1 milyard 167 milyon 947 min manat olub.
2022-ci ildəki mənzərəyə baxaq. Belə ki, 2022-ci ildə Azərbaycan Beynəlxalq Bankı 3 milyard 237 milyon 741 min manat kredit verib, bu, 2021-ci illə müqayisədə 12,9% çoxdur.
Kapital Bank 2022-ci ildə 2 milyard 789 milyon 577 min manat kredit verib, bu, illik müqayisədə 22,2% çoxdur.
Paşa Bank 2 milyard 670 milyon 966 min manat kredit verib, Bu, 2021-ci illə müqayisədə 7,7% çoxdur.
Xalq Bank 1 milyard 709 milyon 132 min manat xalis kredit verib, bu, 2021-ci illə müqayisədə 22,8% çoxdur.
Bank Respublikanın 2022-ci ildə verdiyi kreditlərin dəyəri 2021-ci illə müqayisədə 34,7% artaraq 956 milyon 424 min manat olub.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay