Bank
13.03.2024 / 12:50
"Premium Bank"ın "Muğan Bank"dan əldə etdiyi kredit portfelinin həcmi məlum olub
44261
Ləğv prosesində olan "Muğan Bank" ASC-nin ipoteka kreditləri portfelinin “Premium Bank”a ötürülən hissəsi məlum olub.
Valyuta.az-ın əldə etdiyi məlumata görə, sözügedən kredit portfelinin 35 milyon manatı “Premium Bank”a ötürülüb.
Qeyd edək ki, “Muğan Bank”ın ipoteka kreditləri portfelinin qalan hissəsi "Bank Respublika", "Express Bank", "PAŞA Bank", "Rabitəbank" və "Turan Bank"a ötürülüb.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı "Muğan Bank"ın lisenziyasını ötən ilin oktyabr ayında ləğv edib.
Leyli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay