Azərbaycanda ilk dəfə bu bank kredit götürən müştərilərinə keşbek verəcək
Azərbaycanda ilk dəfə bank kredit götürən müştərilərinə keşbek verəcək.
Valyuta.az-ın əldə etdiyi məlumata görə, “Bank Respublika” mikro və aqro kredit götürən sahibkarlar üçün keşbekli kampaniya elan edib.
Kampaniya çərçivəsində Bankdan kredit götürən müştərilər müddətin ilk 3 ayında Bankdan aylıq faiz ödənişi məbləğinin 2%-dək keşbek qazanacaqlar. Bunun üçün müştərilərin kredit ödənişlərini qrafikə uyğun olaraq gecikmədən həyata keçirmələri kifayətdir.
Qeyd edək ki, kredit üzrə illik faiz dərəcəsi - minimun 10%, maksimal məbləğ - 50 min manatadək, müddət isə 48 ayadək təşkil edir. Kredit ticarət, kənd təsərrüfatı, xidmət, istehsal, nəqliyyat və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına təqdim olunur.
Kampaniya 1 aprel 2024-cü il tarixinədək davam edəcək.
Leyli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay