Dövlət Neft Fondunun valyuta satışı 2 dəfədən çox artıb - 920,5 milyon dollar
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) valyuta satışı ilə bağlı açıqlama yayıb.
Valyut.az xəbər verir ki, Fond tərəfindən 2024-cü ilin fevral ayı ərzində 920,5 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
ARDNF tərəfindən 2024-cü ilin yanvar ayı ərzində 417 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı. Beləliklə, cari ilin yanvar ayı ilə müqayisədə fevralda Fondun valyuta satışı 2,2 dəfə və ya 503,5 milyon dollar artıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2023-cü ilin yanvar ayı ərzində 188,5 milyon ABŞ dolları məbləğində, fevral ayı ərzində 356,6 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı. Beləliklə, ötən ilin fevral ayı ilə müqayisədə Fondun valyuta satışı 2,6 dəfə və ya 563,9 milyon dollar artıb.
Azərbaycan Mərkəzi Bank 2024-cü ilin Fevral ayında keçirilmiş 9 valyuta hərracında cəmi 870,6 milyon dollar tələb olduğunu və tələbin tam təmin edildiyini açıqlayıb.
01 fevral 2024-cü il - 78,7 milyon ABŞ Dolları
06 fevral 2024- cü il - 79,7 milyon ABŞ Dolları
08 fevral 2024-cü il - 61,4 milyon ABŞ Dolları
13 fevral 2024-cü il - 151,1 milyon ABŞ Dolları
15 fevral 2024-cü il - 103,9 milyon ABŞ Dolları
20 fevral 2024-cü il - 102,6 milyon ABŞ Dolları
22 fevral 2024-cü il - 108,1 milyon ABŞ Dolları
27 fevral 2024-cü il - 105,1 milyon ABŞ Dolları
29 fevral 2024-cü il - 80 milyon ABŞ Dolları
© Marja
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay