“Unibank”ın nağd vəsaitləri azalıb, xalis mənfəəti kəskin artıb
“Unibank” 2023-cü ili 32 milyon 931 min manat xalis mənfəətlə başa vurub.
Valyuta.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Belə ki, bu, 2023-ü illə müqayisədə 59 dəfə çoxdur.
Bankın faiz gəlirləri 2023-cü ildə 211 milyon 955 min manat olub, bu, illik müqayisədə 30% çoxdur. “Unibankın” qeyri-faiz gəlirləri isə 53% artaraq 107 milyon 195 min manat olub.
Bankın faiz xərclərinin dəyəri 71 milyon 776 min manat olub, bu illik müqayisədə 27,9% çoxdur. Belə ki, bankın qeyri-faiz xərcləri isə 10,2% artaraq 165 milyon 129 min manat olub.
2023-cü ildə bankın aktivlərinin məbləği 10,4 % artaraq 1 milyard 590 milyon 659 min manat olub. Belə ki, “Unibank”ın nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaiti 185 milyon 318 min manat olub, bu, 2022-ci illə müqayisədə 23,4%, yaxud da 56 milyon 830 min manat azdır.
Bankın ticarət və investisiya qiymətli kağızlarının məbləği 66 milyon 215 min manat olub, bu, illik müqayisədə 9,4%, yaxud da 6 milyon 916 min manat azalıb.
“Unibank”ın öhdəliklərinin məbləği isə 8,5% artaraq 1 milyard 441 milyon 830 min manat olub.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay