“Unibank”ın investisiya şirkəti ilə pis başlayıb - 87,5 milyon manatlıq azalma
2024-cü ilin yanvar ayında “Unicapital İnvestisiya Şirkəti”nin “Bakı Fond Birjası”da apardığı əməliyyatların həcmi 155 əqd üzrə 191,96 milyon manat təşkil edib.
Valyuta.az-ın hesablamasına görə, investisiya şirkətinin birja əməliyyatları son bir ildə 31,3% və ya 87,5 milyon manat azalıb. Belə ki, 2023-cü ilin ilk ayında “Unicapital”ın dövriyyəsi 279,5 milyon manat təşkil edib.
İnvestisiya şirkətinin birja əməliyyatlarının 87,7 milyon manatı repo, 11,24 milyon manatı dövlət qiymətli kağızlarının, 31,4 milyon manatı Mərkəzi Bankın istiqrazlarının, 61,6 milyon manatı korporativ istiqrazların payına düşüb. Bu dövrdə investisiya şirkəti səhm üzrə əməliyyat aparmayıb.
Məsələ ilə bağlı investisiya şirkətindən valyuta.az-a bildirilib ki, dövriyyənin azalması bütün xidmətləri deyil, yalnız daxili bazarı əhatə edir.
Xatırladaq ki, “Unicapital İnvestisiya Şirkəti” 2007-ci ildən qiymətli kağızların yerləşdirilməsi və investisiya, həmçinin törəmə maliyyə alətləri üzrə xidmətlər təqdim edir. Şirkətin səhmlərinin 100%-i “Unibank”a məxsusdur.
Leyli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay