Bank
29.02.2024 / 14:28
Banklar hərraclarda 1,3 milyard dollar alıblar
43324
Bu ilin fevral ayında keçirilən valyuta hərraclarında banklar 870,6 milyon dollar dəyərində xarici valyuta alıblar.
Valyuta.az Sfera.az-a istinadən xəbər verir ki, bu məbləğ ötən ilin fevralında qeydə alınan məbləğdən (356,5 milyon dollar) 2,44 dəfə, yəni 514,1 milyon dollar çoxdur.
Fevralda qeydə alınan tələb göstəricisi son illərdə qeydə alınan ən yüksək göstəricilərdən biridir. Ümumilikdə isə 2024-cü ilin ilk 2 ayında dollara yüksək tələb müşahidə edilib. Yanvar ayının da nəticəsini nəzərə alsaq, banklar ilin əvvəlindən 1,288 milyard dollara yaxın vəsait alıblar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay