Bank
29.02.2024 / 12:29
“PAŞA Bank”ın keçmiş sədrinə bankda daha bir vəzifə verilib
43299
“PAŞA Bank” ASC-nin Audit Komitəsinə yeni sədr və üzv seçilib.
Valyuta.az xəbər verir ki, səhmdarların qərarı ilə bankın İdarə Heyətinin keçmiş sədri, hazırda Müşahidə Şurasının üzvü olan Fərid Axundov həm də Audit Komitəsinin sədri seçilib.
Bundan əlavə, Şahin Məmmədov bankın Audit Komitəsinə yeni üzv seçilib. O bu vəzifədə Ramil Heydərovu əvəzləyib.
Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 354,5 milyon manatdır.
Leyli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay