Bank
27.02.2024 / 15:09
Azərbaycanda problemli kreditlər 22%-dən çox azalıb
43169
Bu il fevralın ayının 1-nə Azərbaycanda problemli kreditlərin həcmi əvvəlki aya nisbətən 3,6% azalaraq 454.1 milyon manata enib.
Valyuta.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Vaxtı ötmüş kreditlər ötən ilin eyni dövrü ilə müqayisədə isə 22,2% azalıb.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1 faiz bəndi azalaraq 1.9% təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay