ING 2024-2025-ci illərdə Azərbaycanda uçot dərəcəsinin azalacağını proqnozlaşdırır
Niderlandın "ING Group" şirkəti Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü və 2025-ci illərdə uçot dərəcəsini azaldacağını proqnozlaşdırır.
Valyuta.az şirkətin açıqladığı proqnozlarına istinadən xəbər verir ki, AMB 2024-cü ildə uçot dərəcəsini 7,5 % səviyyəsinə endirəcək. 2025-ci ilin birinci rübündə uçot dərəcəsi 7,25 %-ə, ilin sonunadək isə 6,5 %-ə endiriləcək.
Hesabata əsasən, bu il və gələn il üçün açıqlanan yeni proqnoz yanvar ayının 11-də açıqlanan proqnoza nisbətən 0,5 faiz bəndi azdır.
Qeyd edək ki, AMB-nin İdarə Heyəti bu ilin yanvarın 31-də uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq 7,75 %-ə endirilməsi barədə qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 0,25 faiz bəndi azaldılaraq 6,25 %-ə, yuxarı həddi isə 0,25 faiz bəndi azaldılaraq 8,75 %-ə endirilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay