Azərbaycanda bankların öhdəliyi 1 milyard manatdan çox artıb
Azərbaycanda bankların 2023-cü ildə öhdəliklərinin məbləği 43 milyard 114 milyon manat olub.
Valyuta.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Belə ki, 2023-cü ildə bankların cəmi öhədliyinin məbləği 2022-ci il ilə müqayisədə 1 milyard 682 milyon manat, yaxud da 4% çoxdur.
2022-ci ildə bankların öhdəliklərinin məbləği 41 milyard 432 milyon manat olub.
2023-cü ildə banklar arasında öhdəliyinin məbləğinə görə ilk sırada yer alan bank “Azərbaycan Beynəlxalq Bank” olub, bankın öhdəliyinin məbləği 11 milyard 858 milyon 24 min manat olub.
2-ci yerdə “Paşa Bank” olub, bankın öhdəliyinin məbləği 7 milyard 814 milyon manat olub.
3-cü yerdə 7 milyard 748 milyon manatla “Kapital Bank” yer alıb.
4-cü yerdə “Xalq Bank” olub, bankın öhdəliyinin məbbləği 2 milyard 578 milyon 273 min olub.
5-ci yerdə Bank Respublika olub, bankın öhdəliyinin məbləği 1 milyard 975 milyon 217 min manat olub.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay