"Express Bank"ın maliyyə institutlarına borcları 90 milyon manata yaxın artıb
"Express Bank" ASC-nin kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliyi 154 milyon 432 min manat olub.
Valyuta.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Belə ki, bu, 2022-ci illə müqayisədə 86 milyon 959 min manat, yaxud da 2,2 dəfə çoxdur.
2022-ci ildə "Express Bank" ASC-nin kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliyinin məbləği 67 milyon 473 min manat olub.
Bununla yanaşı, “Express Bank" ASC-nin Mərkəzi Bank və digər dövlət fondları qarşısında öhdəliyinin məbləği 1 milyon 192 min manat olub. Bu, 2022-ci illə müqayisədə 1 milyon 192 min manat, yaxud da 50% azdır.
Xatırladaq ki, "Express Bank" ASC 2023-cü ildə 12 milyon 015 min manat xalis mənfəət əldə edib. Bankın əldə etdiyi xalis mənfəət 2022-ci illə müqayisədə 3,1% azdır.
Hesabat dövründə "Express Bank" ASC-nin aktivləri 560 milyon 228 min manat olub. Bu isə illik müqayisədə 28,2% çoxdur.
"Express Bank" ASC-nin öhdəlikləri isə 430 milyon 320 min manat olub, bu, illik müqayisədə 39,7% çoxdur.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay