“Texnika Bank” və “Bank Standard”ın əmlakları hərraca çıxarılır
Martın 6-da "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Texnika Bank” ASC-nin, martın 13-də isə “Bank Standard” QSC-nin daşınmaz əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək.
Valyuta.az xəbər verir ki, bu barədə Bankın ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.
Söhbət “Texnika Bank”a məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanındakı dəyəri 525 min manat olan 252,6 kv.metrlik, dəyəri 505 min manat olan 251,8 kv.metrlik, dəyəri 542 min manat olan 3 ədəd 270,9 kv.metrlik qeyri-yaşayış sahəsindən, eləcə də “Bank Standard”a məxsus Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 261 ünvanındakı dəyəri 450 min manat olan qeyri-yaşayış sahəsindən gedir. Beləliklə, hərraca çıxarılacaq əmlakların ümumi dəyəri 3,106 milyon manat təşkil edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay