Mənfəət vergisi ödəyən banklar açıqlandı - 100 milyon manata yaxın vergini hansı bank ödəyib?
2023-cü ildə ölkədə fəaliyyət göstərən bir sıra banklar mənfəət vergisi ödəyib.
Valyuta.az mənfəət vergisi ödəyən banklarla bağlı araşdırma aparıb.
Ötən il “Azərbaycan Beynəlxalq Bankı” (ABB) 99 milyon 124 min manat mənfəət vergisi ödəyib. Bu, 2022-ci illə müqayisədə 24,6% çoxdur.
“Xalq Bank” 2023-cü ildə 16 milyon 822 min manat mənfəət vergisi ödəyib. Bu, 2022-ci illə müqayisədə 3 dəfə çoxdur.
2023-cü ildə mənfəət vergisi ödəyən banklardan biri “Bank of Baku” olub. Bank ötən il 10 milyon 27 min manat mənfəət vergisi ödəyib. Bu, 2022-ci illə müqayisədə 7,4% çoxdur. “Unibank” ötən il 8 milyon 576 min manat mənfəət vergisi ödəyib. Bu, 2022-ci illə müqayisədə 21,8 dəfə çoxdur.
“Express Bank” ötən il 3 milyon 871 min manat mənfəət vergisi ödəyib. Bu, 2022-ci illə müqayisədən 7,3% azdır.
“Azər-Türk Bank” ötən il 3 milyon 455 min manat mənfəət vergisi ödəyib. Bu 2022-ci illə müqayisədə 10% azdır.
“Bank Avrasiya” 2023-cü ildə 2 milyon 119 min manat mənfəət vergisi ödəyib. Bu, 2022-ci illə müqayisədə 261% çoxdur.
Həmçinin, “Kapital Bank” 2023-cü ildə 70 milyon 205 min manat mənfəət vergisi ödəyib. “Rabitəbank” 2023-cü ildə 5 milyon 451 min manat mənfəət vergisi ödəyib.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay