“Embafinans” kredit faizlərini artırıb
“Embafinans” Bank Olmayan Kredit Təşkilatı (BOKT) kredit faizlərini artırıb.
Valyuta.az-ın əldə etdiyi məlumata görə, mikromaliyyə təşkilatı mikro-biznes kreditləri üzrə minimal faizləri 1% artıraraq 21%-dən 22%-ə yüksəldib.
BOKT-dan isə sorğuya cavab olaraq bildirilib ki, faiz dərəcələri daxili tənzimlənmə əsasında müştərilərin risklilik dərəcəsini nəzərə alaraq təyin olunur. Bu müxtəfil kredit məhsullarında müvafiq qaydada dəyişir.
“Bazarda rəqabətə dayanıqlı və müştəri yönümlü şərtləri statik olaraq qorumağa çalışırıq”- “Embafinans”ın açıqlamasında bildirilib.
Xatırladaq ki, “Embafinans” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır. BOKT-un səhmlərinin 86%-i Elşad Abbasova, 14%-i isə Tamara Polyakovaya məxsusdur.
Leyli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay