"Express Bank"ın aktivləri 28% artıb
"Express Bank" ASC 2023-cü ildə 12 milyon 015 min manat xalis mənfəət əldə edib.
Valyuta.az bu barədə bankın hesabatına istinadən xəbər verir.
Məlumata görə, bankın əldə etdiyi xalis mənfəət 2022-ci illə müqayisədə 3,1% azdır.
Hesabat dövründə "Express Bank" ASC-nin faiz gəlirləri 57 milyon 670 min manat olub. Bu, 2022-ci illə müqayisədə 19,5% çoxdur.
2023-cü ildə bankın qeyri-faiz gəlirləri 18 milyon 960 min manat olub, bu, illik müqayisədə 3% çoxdur.
"Express Bank" ASC-nin faiz xərcləri 15 milyon 516 min manat olub, bu isə illik müqayisədə 50,1% çoxalıb.
Bankın qeyri-faiz xərcləri isə 42 milyon 571 min manat olub, bu illlik müqayisədə 5,4% çoxdur.
Hesabat dövründə "Express Bank" ASC-nin aktivləri 560 milyon 228 min manat olub. Bu isə illik müqayisədə 28,2% çoxdur.
"Express Bank" ASC-nin öhdəlikləri isə 430 milyon 320 min manat olub, bu, illik müqayisədə 39,7% çoxdur.
2023-cü ildə bankın kapitalının məbləği 129 milyon 908 min manat olub, bu isə illik müqayisədə 0,5 % çoxdur.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay