Bank
09.02.2024 / 09:33
“Yelo Bank”a yeni təyinat olub
41962
“Yelo Bank”ın audit komitəsinin üzvü dəyişib.
Valyuta.az bu barədə banka istinadən xəbər verir. Məlumata görə, Cəlal Hacıbəyov bankın audit komitəsinin yeni üzvü seçilib. O bu vəzifədə Vəfa Məmmədovanı əvəzləyib.
Qeyd edək ki, “Yelo Bank”ın audit komitəsi yeni üzvlə birlikdə 3 nəfərdən ibarətdir. Audit komitəsinin sədri Tomas Enqelhard, komitənin digər üzvü isə Yusif Abdullayevdir.
Xatırladaq ki, "Yelo Bank"ın əsası 1994-cü ildə qoyulub. Onun nizamnamə kapitalı 378 milyon manatdır. Bankın səhmlərinin 98,94%-i Marina Kulişovaya (Bankın Müşahidə Şurasının sədri), 0,96%-i Anar Həsənova (İdarə Heyətinin sədri), 0,10%-i isə "İSR Holdinq” MMC-yə məxsusdur.
Leyli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay