Bank
07.02.2024 / 15:34
BVF 2029-cu ilə kimə ARDNF-in valyuta ehtiyatları ilə bağlı proqnozunu açıqlayıb
41870
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2029-cu ilə kimi valyuta ehtiyatları ilə bağlı proqnozunu açıqlayıb.
Valyuta.az xəbər verir ki, bu, BVF-nin İcraiyyə Şurasının Azərbaycan hökuməti ilə IV maddə üzrə məsləhətləşmələrin yekunlarına əsaslanan qiymətləndirməsində öz əksini tapıb.
Fond qeyd edib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) və ARDNF-in birgə ehtiyatları 2023-cü ilin oktyabr ayına qədər təxminən 55,5 milyard dollara çatıb.
BVF hesab edir ki, 2024-cü ildə təkcə Fondun valyuta ehtiyatları 52,8 mlrd. dollara, 2025-cı ildə isə 53,2 mlrd. dollara çatacaq. 2026-ci ildə bu rəqəm 53,4 mlrd., 2027-ci ildə 53,7 mlrd., 2028-ci ildə isə 54,4 mlrd. ABŞ dollarına yüksələcək.
©APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay