Bank
02.02.2024 / 11:13
Bankların ipoteka kreditləşməsi üçün yeni limitlər aktivləşdirilib
41590
İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil banklara kreditləşmə üçün ayırdığı yeni limitlər bu gündən aktivləşdirilib.
Valyuta.az xəbər verir ki, limitlər saat 11:00-dan aktivdir.
İpoteka kreditinin alınması üçün müraciətlərin qəbulu Elektron Hökumət Portalında (www.e-gov.az) mövcud olan “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsi ilə real vaxt rejimində həyata keçirilir. Hələ ki, yalnız adi ipoteka kreditləri üzrə müraciətlər qəbul edilir. Güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbulu ilə bağlı əlavə məlumat veriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay