Bank
25.01.2024 / 09:37
“Yelo Bank”ın ümidsiz kreditlərinin məbləği 19 milyon manata yaxındır
41084
“Yelo Bank” 2023-cü ildə müştərilərə 764 milyon 309 min manat kredit verib. Valyuta.az bu barədə bankın 2023-cü il ilə bağlı maliyyə hesabatına istinadən xəbər verir.
“Yelo Bank”ın qənaətbəxş hesab etdiyi kreditlərin məbləği 674 milyon 748 min manat olub. Bunun ümumi kredit portfelində payı 88,28% təşkil edib.
Belə ki, “Yelo Bank”ın vaxtı keçmiş kreditlərin məbləği 24 milyon 531 min manat olub. Vaxtı keçmiş kreditlərin portfeldə payı 3,21% təşkil edib.
Bankın təhlükəli kreditlərin məbləği 1 milyon 329 min manat olub. Bu, ümumi kredit portfelində 0,17%-lik paya malikdir.
Ümidsiz kreditlərin məbləği 18 milyon 381 min manat olub. Bu, ümumi kredit portefelində payı 2,41% olub.
Nara
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay