"Azərikard" sisteminin kimin və hansı qurumun tərəfindən bərpa edilməsi qaranlıq qalmışdı"
Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz yazır...
Mərkəzi Bank "Azərikard"ın 7 saat müddətində "çökməsi" ilə bağlı araşdırma aparıb və nöqsanlar tapıb. Lakin bu çatışmazlıqların nədən ibarət olması, hansı göstərişlərin verildiyi açıqlanmayıb.
Məlum olduğu kimi, cari ayın əvvəli "Azərikard"da ciddi texnoloji problem yaranmışdı. Elektrik sistemində baş verən nasazlıqdan sonra bu prosessinq mərkəzinin bütöv sistemi dayanmış və onu 7 saat müddətində bərpa etmək mümkün olmamışdı.
Ehtimal olunurdu ki, buna səbəb "Azərikard"ın istifadə etdiyi texnologiyalarla, daha dəqiq desək HPE texnologiyası və supportla bağlı olub. Bu texnologiya üzərində "oturan" Backup sistemi də işləməmişdi.
HPE nümayəndəliyi ölkəmizdə bağlandığından "Azərikard" sisteminin də kimin və hansı qurumun tərəfindən bərpa edilməsi qaranlıq qalmışdı.
Qanunvericiliyə görə, kritik qurumların kibertəhlükəsizliyinin qorunması ilə bağlı kənar müdaxilə, xarici müdaxilə qadağandır.
Düşünmək olar ki, Mərkəzi Bank əlaqəli qurumlarla birgə "Azərikard" sistemini İT audit edib, ciddi problemlər aşkarlayıb və onun texnoloji mühitinin tamamilə yenidən qurulması haqqında göstəriş verib.
Mərkəzi Bankın bu addımları təqdirəlayiqdir, amma daha yaxşı olardı ki, bu tip addımlar zamanında atılsın və təkrarlanmaması üçün tədbirlər görülsün.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay