BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
41027

Rahat bankçılıq şüarına sadiq qalan Rabitəbank 2023-cü il ərzində 16 milyon manatdan artıq vəsaiti keşbek olaraq müştərilərinə geri qaytarıb. Kartmane kart sahibləri müxtəlif nağdsız ödənişlərə görə bu bonusları qazanıblar. Belə ki, ümumilikdə keşbeklerin təxminən 15,7 milyon manatı kateqoriyalar üzrə edilən ödənişlərdən, 198 min manata yaxını partnyor mağazalarında edilən alış-verişlərdən, 122 min manatı isə xarici valyuta (USD və EUR) üzrə edilən əməliyyatlardan əldə edilib. Qeyd edək ki, Kartmane sahiblərinin kateqoriyalar üzrə əldə etdiyi keşbekin təxminən 6 milyon manatı yanacaqdoldurma məntəqələri, 2 milyon manata yaxını market, 680 min manatı restoran, 568 min manatı sığorta, təxminən 5,7 milyon manatı isə digər ödənişlərdən qazanılıb. 

Rabitəbank sahibkar və fiziki şəxslərə bir çox üstünlüklərə sahib olan debet və kredit kartları təklif edir. Kart sahibləri təmassız ödənişlərdə 10%-dək keşbek və kartdakı qalığa 6%-dək gəlir qazana, dünyanın istənilən ölkəsində rahat alış-veriş və onlayn ödənişlər edə, həmçinin müxtəlif xidmətlərin ödənişlərini həyata keçirə və vəsaiti rahat nağdlaşdıra bilərlər.

Qeyd edək ki, özündə bir çox üstünlükləri toplayan Kartmane kartlarını heç yerə getmədən, “Rabita Mobile” tətbiqi, “RabitaBot” çatbotu vasitəsilə və ya bankın rəsmi veb-saytına - //rbt.az/krtm keçid edərək sifariş edə bilərsiniz. Onlayn sifariş zamanı Bakı və Abşeron yarımadası ərazilərinə kartın çatdırılması ödənişsizdir. Həmçinin bankın filiallarına yaxınlaşaraq sifarşi həyata keçirmək olar. 

"Rabitəbank" ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

2025-ci ildə dolları nə gözləyir?

Almaniya üzərində "buludlar qalınlaşır": Trampın siyasəti ixracatçıları vuracaq

Eurostat: Rusiyanın Aİ-yə LNG idxalının dəyəri üç il ərzində 150% artıb

Ali Məhkəmə qərar verdi: Malayziya DİN "Swatch Pride "saatlarını qanunsuz müsadirə edib

"UniCredit"dən İtalyan rəqibinə 10 milyardlıq təklif

Vitraj "Tiffany" pəncərəsi hərracda rekord qiymətə satıldı

B.Britaniyadan Rusiyanın şirkət və tankerlərinə sanksiyalar - Detallar

DGK deputata məxsus olduğu deyilən şirkəti inzibati məsuliyyətə cəlb edib

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

İstanbulda 70 kilo qızılla tutulan hərbi attaşe barəsində - Qərar

"Macy's"in III rüb hesabatı gecikdi: 154 milyon dollarlıq yeyinti

"Avropa 19 Group" Bakı Baş Gömrük İdarəsini məhkəməyə verdi

"Nvidia"dan daha bir yenilik - "Fugatto"

"Az Varvara" məhkəmə qarşısında

Trampın nəhəng enerji layihələri - "The Reuters"

"Azəristiliktəchizat" ilə icra hakimiyyəti arasında nə baş verib?

10 kentilyon dollar dəyərində asteroid: Dünyadakı hər kəsi milyarder edə bilər

Kənd təsərrüfatı məhsullarının dəyəri 11 milyard manatı keçib

Sabah bu ərazilərdə qaz olmayacaq

Şifrəsi unudulan iPhone-u necə koddan çıxarmaq olar?

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Günəş panelləri gömrük rüsumundan azad olunur - Bu sahə necə inkişaf edəcək? (ŞƏRH)

Britaniya hakimiyyəti "Barclays"i 40 milyon funt-sterlinq cərimələdi

İcbari Tibbi Sığorta Fondunun gələnilki büdcəsi 3 milyard manat olacaq

Azərbaycanda hər ay 1 000-dən çox iş yeri bağlanır - 65% işçi ixtisar olunur

Deputat “20 Yanvar”dakı mağazaların aqibətindən danışdı

Sənədsiz evlərlə bağlı yeni açıqlama

“Samsung"un prezidenti üçün 5 illik həbs tələbi - Təfərrüatlar

Pambıq lifi satışından gəlirimiz 60 milyon dollardan çox artıb - Rəqəmlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin