Bank
24.01.2024 / 09:48
“Unibank” depozit faizlərini azaldıb
41013
Valyuta.az bu barədə banka istinadən xəbər verir. Məlumata görə, bank əmanət faizlərini 0,5-1% azaldıb.
“Unibank” əmanətlər üzrə maksimal gəlirliyi 10%-dən 9%-ə endirib. Həmçinin, proqressiv əmanət paketi üzrə 3-6 aylıq depozitlər üzrə gəlirliliyi 6%-dən 5%-ə, bir illik depozitlər üzrə 9%-dən 8,5%-ə endirib.
Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 149,4 milyon manatdır.
Leyli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay