Mərkəzi Bank daha 2 BOKT-u cərimələyib
Azərbaycan Mərkəzi Bankı (AMB) "City Finance" və "İdeal Kredit" bank olmayan kredit təşkilatlarını (BOKT) və onların vəzifəli şəxslərini cərimə edib.
Valyuta.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, maliyyə sanksiyası qurumun apardığı kompleks yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə müvafiq olaraq tətbiq olunub.
AMB-nin təqdimatı əsasında Xətai Rayon Məhkəməsinin qərarı ilə "City Finance" 20 min manat, onun vəzifəli şəxsi 2 min manat, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə "İdeal Kredit" 20 min manat, onun vəzifəli şəxsi 2,5 min manat cərimələnib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay