Bank
23.01.2024 / 16:00
“Embafinans” 20 min manat cərimə edilib
40982
Bank Olmayan Kredit Təşkilatı “Embafinans” QSC Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən 20 000 (iyirmi min) manat məbləğində cərimə edilib.
Valyuta.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılmış kompleks yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.2 və 598.4-cü maddələrinə müvafiq olaraq Bank Olmayan Kredit Təşkilatı “Embafinans” QSC Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən 20 000 (iyirmi min) manat məbləğində cərimə edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay